Daha üç yaşayış məntəqəsinə qaz verildi FOTO


Digərləri 24 Apr 2018 18:42:00 209 0

Daha üç yaşayış məntəqəsinə qaz verildi  FOTO

Bu gün Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 029 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 95 sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Xəbərə aid fotolar