Manchester United braziliyalı futbolçunun transferinə yaxındır


İdman 24 Apr 2018 18:50:00 260 0

Manchester United braziliyalı futbolçunun transferinə yaxındır

Shakhtar-un yarımmüdafiəçisi Fred yay transfer pəncərəsində, böyük ehtimalla Manchester United-ə keçəcək. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın həmşəhərliləri Manchester City braziliyalı havbekin transferindən əl götürüb. Fred United-in baş məşqçisi Joze Mourinyonun yarımmüdafiə xəttini gücləndirmək üçün əsas namizədidir. Bu mövsüm 25 yaşlı havbek Ukrayna çempionatında 23 oyuna 3 qol vurub.