Azərbaycan "Avro5" standartlı benzin ixrac edəcək


Digərləri 24 Apr 2018 17:51:00 210 0

Azərbaycan "Avro5" standartlı benzin ixrac edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra "Avro-5" standartlı benizinin ixracına başlayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın nümayəndəsi deyib.

O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:

"Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 - 16 faiz və Aİ-95 - 13 faiz təşkil edəcək. "Azərikimya" İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək".