"France Football" İniestadan üzr istədi


İdman 24 Apr 2018 17:34:00 233 0

"France Football" İniestadan üzr istədi

Barcelona-nın yarımmüdafiəçisi Andres İniesta komanda səviyyəsində bütün mümkün titullara sahib çıxsa da, "Qızıl top"a sahib çıxmayıb. 2010-cu ildə bu mükafata çox yaxın olan futbolçu komanda yoldaşı Messidən geri qalmışdı. Goal.az xəbər verir ki, mükafatı təqdim edən "France Football" nəşri İniestadan rəmzi mənada üzr istəyib. Jurnalın baş redkatoru Paskal Ferre "Bağışlayın, Andres" adlı məqalə yazıb. Redktor futbolçunun sözügedən mükafatı almamasını anormal hal kimi qiymətləndirib. Ferre onun istedadından söhbət açaraq futbolçunun dünya çempionatından sonra "Qızıl top"a sahib çıxacağına ümid etdiyini yazıb.