"Hansı ana belə bir şey edər?" FOTO


Dünya 24 Apr 2018 17:23:00 325 0

"Hansı ana belə bir şey edər?"  FOTO

Türkiyəli model Ceren Hindistanın xəstə olduğunu öyrəndiyi 2.5 yaşlı qızı Aryanın kimyaterapiya müayinəsi olunmasını istəmədiyi iddia edilib.

Son.az Hürriyet-ə istinadən xəbər verir ki, yayılan xəbərlərin ardından açıqlama edən Hindistan: "Ana olaraq müalicəsini yarımçıq kəsmək mümkünmü?" deyib.

İddiaya görə, Ceren martın 14-də qızının böyrəyində xərçəng şişi olduğunu öyrənib. Çox sarsılan Ceren Hindistan və uşağının atası Ümit Aslan İstanbulda özəl bir xəstəxanaya baş vurub. Cütlüyə qızlarının müalicə olması barədə xəbərdarlıq edilib. Fəqət, Hindistan azyaşlı qızlarının kimyaterapiya olunmasını istəməyib, müalicəsi tamamlanmadan Aryanı evlərinə aparıb. Xəstəxana rəhbərliyi Aryanın müalicə olmayacağı təqdirdə öləcəyini bildirərək, məhkəməyə müraciət edib.


Xəbərə aid fotolar