Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar etdi


Digərləri 24 Apr 2018 17:28:00 304 0

Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar etdi

Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. 

Bu barədə Son.az-a DGK-dan məlumat verilib.

Narkotik qaçaqmalçılığı faktı İranla sərhəddə yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. 1966-cı il təvəllüdlü Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.