Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq


İqtisadiyyat 24 Apr 2018 16:52:00 233 0

Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq

Hacıqabul Sənaye Məhəlləsində ildə, təxminən, 1 000 ədəd müxtəlif təyinatlı maşın yığılacaq

Rusiyanın "Qorko Avtomobil Zavodu" ASC (QAZ) ilə Azərbaycanın "Azərmaş" ASC-nin Hacıqabul Sənaye Məhəlləsində yerləşəcək birgə avtomobil zavodunun gələn ilin sonuna qədər inşa edilməsi və istismara verilməsi planlaşdırılır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin Marketinq və satış Departamentinin direktoru Mixail Baxtarin məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında ötən gün imzalanmış əməkdaşlıq memarandumuna əsasən, zavodda ildə təxminən 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Ruslar azərbaycanlı tərəfdaşlarını lazımı qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə dəorta tonnajlı yük maşını - "QAZon next"dən gedir.Bundan başqa, təcili tibbi yardım vəməktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.

"Azərbaycan çox gözəl bazardır. Ölkənin infrastrukturu müntəzəm olaraq inkişaf edir, yük və sərnişin daşımalarında böyük potensial görürük", - deyə o, qeyd edib.

Rusiyalı mütəxəssislərin fikrincə, Azərbaycanın logistika imkanları da genişdir. Bu isə "QAZ" maşınlarının Mərkəzi Asiya ölkələrinin bazarına çıxmasına şərait yarada bilər.