Ölkədən qanunsuz xarici valyuta çıxarmaq cəhdinin qarşısı alınıb


Digərləri 24 Apr 2018 15:52:00 241 0

Ölkədən qanunsuz xarici valyuta çıxarmaq cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.