Azərbaycanda Türkiyədə çox yayılan adlara maraq artıb Melisa, Miray, Elif..


Digərləri 24 Apr 2018 15:17:00 240 0

Azərbaycanda Türkiyədə çox yayılan adlara maraq artıb  Melisa, Miray, Elif..

Son illərdə yenidoğulanlara öyrəşdiyimiz Azərbaycan adlarından uzaq olan, daha çox xarici seriallarda rastlaşdığımız əcnəbi adların qoyulmasına maraq artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəzi əcnəbi adlara olan maraq yalnız son 3 il ərzində 2 dəfə, bəzi adlara olan maraq isə 3 dəfəyə yaxın artıb.

Apardığımız araşdırmalardan bəlli olur ki, Azərbaycan adı olmayan adlar daha çox qız uşaqlarına verilir.

Maraqlıdır ki, Türkiyədə ən çox qoyulan adlardan biri olan Miray adına olan maraq son 3 il ərzində Azərbaycanda 3 dəfəyə yaxın artıb. 2014-cü ildə bu ad 104 qıza qoyulduğu halda, 2017-ci ildə bu göstərici 290-a yüksəlib.

Türkiyədə qız uşaqlarına verilən Elay adı da son dövrlərdə sevimli ada çevrilir. Ötən illərin statistikası göstərir ki, Azərbaycanda Miray adından bir qədər geridə qalan Elay adına olan maraq az olmayıb. 2014-cü ildə bu ad 150, 2017-ci ildə 161 nəfərə qoyulub.

Elif adına olan marağın nəticəsidir ki, son dövrlərdə yalnız bir il ərzində bu ad təxminən 200 qıza qoyulur. Ümumilikdə son 5 il rəzində 862 uşağa Elif adı verilib.