Almaniya Avropa çempionatına ev sahibliyinə namizəd oldu - RƏSMİ


İdman 24 Apr 2018 14:54:00 240 0

Almaniya Avropa çempionatına ev sahibliyinə namizəd oldu - RƏSMİ

Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına ev sahibliyi üçün ərizəsini rəsmən UEFA-ya təqdim edib. Goal.az xəbər verir ki, aprelin 24-ü qurumun Nyon şəhərində yerləşən mənzil-qərargahında federasiya prezidenti Raynhard Qrindel lazımi sənədləri UEFA-nın baş katibi Teodor Teodoridisə verib. Almaniya nümayəndə heyətinin tərkibində DFB baş katibi Fridriz Kurtius, turnirin səfiri Filipp Lam və qurumun inteqrasiya məsələləri üzrə səfiri Seliya Şaşiç olub. Almaniya 2024-cü il Avropa çempionatını keçirmək üçün namizədliyini irəli sürməyi hələ 2017-ci ilin martında n planlaşdırmışdı.