Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir (FOTO)


Digərləri 24 Apr 2018 14:54:00 179 0

Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir (FOTO)

Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.

Bakı. Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan şagirdlər üçün müayinələr təşkil ediblər. Fevral ayında klinikanın həkimləri Kürdəmir rayonu UAFA təşkilatının əməkdaşlarını, Sabunçu rayonu Rus icmasının üzvlərini və Qaraçuxur qəsəbəsində məskunlaşan qaçqınları müayinəyə cəlb ediblər. Mart ayında Xırdalan şəhəri 1 saylı yataqxanada, Lökbatan qəsəbəsində və Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər bu layihədən pulsuz yararlanıblar. Ümumilikdə, bu ilin ilk 3 ayı ərzində 400-ə yaxın ehtiyacı olan xəstəyə pulsuz göz müayinəsi xidməti göstərilib.