Formula 1 üçün yüklər Bakıya gətirilib (FOTO)


Digərləri 24 Apr 2018 14:41:00 199 0

Formula 1 üçün yüklər Bakıya gətirilib (FOTO)

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.

Bakı. Elçin Mehdiyev - 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilmişdir. Daha bir reys bu həftə yerinə yetiriləcək. Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.