Sərhədi pozan şəxslər saxlanıldılar FOTO


Digərləri 24 Apr 2018 13:52:00 218 0

Sərhədi pozan şəxslər saxlanıldılar  FOTO

DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə əra­­zisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb.

DSX-dən Son.az-a verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərə­kət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əmə­liyyat-axtarış tədbirləri nəticə­sində İrandan Azər­baycan isti­qamə­tində dövlət sərhədini pozmuş İran İslam Res­pub­likası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.

Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik "Winchester" tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araş­dırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycana keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Ha­mu­şam kənd sakini, 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdır­maları müəyyən olun­ub.

Əməliyyat-axtarış təd­birlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vaha­bov Ayətulla Calal oğlu sax­lanılıb, həyətyanı sahə­sində xüsusi yer­də gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olu­naraq gö­türülüb.