"AGF Junior Trophy"də halqa və topla hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib FOTO


Digərləri 24 Apr 2018 13:48:00 360 0

"AGF Junior Trophy"də halqa və topla hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib  FOTO

Bu gün Bakıda gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqa və topla hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasilyeva, "OcaqScoring" şirkətinin icraçı direktoru Emin Muxtarov, hakim Yevgeniya Jidkova və Federasiyanın menecerləri Sevda Bağırova və Fərhad Əhmədbəyli təqdim edib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.


Xəbərə aid fotolar