Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib (FOTO)


Digərləri 24 Apr 2018 13:44:00 269 0

Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib (FOTO)

Yeni naziri kollektivə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Bakı. Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub. ETSN-dən Trend-ə verilən məlumata görə, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib. Ə.Əsədov qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Buna uyğun olaraq Prezidentin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib.