Bank of Bakudan Bolkartlılara Cümhuriyyətin 100 illiyinə özəl


Digərləri 24 Apr 2018 13:11:00 353 0

Bank of Bakudan Bolkartlılara Cümhuriyyətin 100 illiyinə özəl

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində ölkənin aparıcı bankı Bank of Baku Bolkart müştəriləri üçün yeni kampaniyaya start verir. 

"Hər ay 100 AZN-lik alış-veriş edən Bolkartlıya, 100 AZN HƏDİYYƏ" şüarı ilə elan edilmiş kampaniyadan Bolkart kredit kart sahibləri faydalana bilərlər.

Belə ki, Bolkart kredit kart sahibləri market, gözəllik salonu, şirniyyat, yanacaq doldurma, parfümeriya və kosmetika mağazalarında hər ay ən azı 100 AZN məbləğində etdikləri alış-verişə görə 12 ayın sonunda 100 AZN ekvivalentində BAL qazanacaqlar.

Qeyd edək ki, qazanılmış BAL-lardan istifadə edərək pulsuz alış-veriş etmək mümkündür. 1 BAL = 1 AZN dəyərindədir. Kampaniya çərçivəsində qazanılan 100 BAL-la, kart sahibi 100 AZN dəyərində alış-veriş edə bilər.

Kampaniya 01.04.18 - 01.04.19 tarixlərini əhatə edir.