Azərbaycan milli komandasının baş məşqçisi: Komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu


Digərləri 24 Apr 2018 13:19:10 217 0

Azərbaycan milli komandasının baş məşqçisi: Komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu

Ötən gün komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu.

Bakı. Ənvər Məmmədov - Ötən gün komanda hesabında qazanılan bürünc medal xoş gözləniməzlik oldu. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyeva deyib. O bildirib ki, heç vaxt konkret nəticələr gözləmir: “Dünən də medal gözləmirdim. Mənim üçün vacib olan onların təmiz çıxış etmələri idi. Həm də evdə çıxış etmək həmişə çətin olur, hamı səndən yaxşı nəticə gözləyir. Ona görə də bürünc medal mənim üçün xoş sürpriz oldu”. Baş məşqçi deyib ki, hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, qızlar lazımi səviyyədə çıxış etdi: “Deyə bilərəm ki, komanda hesabında bürünc medal çox yaxşı nəticədir. Amma əgər azarkeşlər üçün nəticə vacibdirsə, məşqçi üçün ən vacibi həm də idmançıların çıxışı, onların səhvləridir. Bizim gənc qızlarımız var, onların dördü də çox perspektivlidir, amma təcrübələri çox azdır. Onlar beynəlxalq arenada bu ilin əvvəlindən çıxış etməyə başlayıblar. Mən şadam ki, onlar dörd hərəkətdən üçünü təmiz icra etdilər. İndi səhvlər üzərində işləmək lazımdır”.