“Düz hərəkət eləmədim” Xalq artisti keçmiş xanımından üzr istədi VİDEO FOTO


Şou-biznes 24 Apr 2018 13:02:00 291 0

“Düz hərəkət eləmədim”  Xalq artisti keçmiş xanımından üzr istədi  VİDEO  FOTO

Kişiyə yaraşmaz ki, qadının arxasınca danışsın.

Son.az bildirir ki, ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub. Proqramın aparıcılarından Afət Rahilqızının Səməd Səmədova verdiyi sual digər aparıcı Rövşanəylə arasında fikir ayrılığı yaradıb. Belə ki, Səməd Səmədovdan keçmiş həyat yoldaşı haqqında dediyi fikirlərin səbəbini soruşan Afət Rövşanənin etirazı ilə qarşılaşıb. Səməd Səmədov isə açıqlamasına görə üzr istəyib: "Bu mövzu bağlanıb. Mən düz hərəkət etmədim. Mənə yaraşmayan hərəkət etdim. O ailədən üzr istəyirəm. Kişiyə yaraşmaz ki, qadının arxasınca danışsın".


Xəbərə aid foto