Azərbaycan gimnastı "AGF Junior Trophy"də halqalarla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)


Digərləri 24 Apr 2018 13:04:00 270 0

Azərbaycan gimnastı "AGF Junior Trophy"də halqalarla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)

Azərbaycan gimnastı Dərya Fərşbafşəhriyari gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqalarla hərəkətlərdə bürünc medal qazanıb

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastı Dərya Fərşbafşəhriyari gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqalarla hərəkətlərdə bürünc medal qazanıb. Trend-in məlumatına görə, idmançı 15,600 xal toplayıb. Bu növdə qızıl medalı Rusiya təmsilçisi Lapa Kramarenko (17,750 xal), gümüş medalı Belarus gimnastı Anna Kamenşikova (16,000 xal) qazanıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.