Qadağan edilən 8 qorxu filmi Rejissor ölüm səhnəsinin inandırıcılığına görə saxlanılıb FOTO


Digərləri 24 Apr 2018 12:48:00 274 0

Qadağan edilən 8 qorxu filmi  Rejissor ölüm səhnəsinin inandırıcılığına görə saxlanılıb  FOTO

Böyük Britaniya bir çox məsələlərdə "müasir" olsa da, bəzi filmlər var ki, hətta, Birləşmiş Krallıqda belə qadağan olunub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, adları yazılan filmlər BBFC (British Board of Film Classification) tərəfindən qadağan edilib və izləmək üçün uyğunsuz hesab edilir.

Grotesque (2009)

2009-cu ilin Yapon qorxu filmi olan Grotesque qaçırdığı cütlüyün üzərində tibbi eksperiment aparan cərrahın həyatından bəhs edir. Mişar filminə bənzəsə də, həddindən artıq ürpədicidir. Film sadizmi təbliğ etdiyinə görə İngiltərədə izlənməsi qadağan edilib.

Cannibal Holocaust (1980)

Hanniballardan bəhs edən film o dərəcədə inandırıcı çəkilib ki, hətta filmin rejissoru adam öldürdüyünə görə saxlanılıb. O, səhnələrin saxta olduğunu və aktrisanın sağ olduğunu sübut etdikdən sonra sərbəst buraxılıb. Filmdə iyrənc səhnələr çox olduğuna görə İngiltərədə izlənməsi qadağan edilib.

Hate Crime (2015)

Yəhudi ailəsinin evinə girən quldurların onların ailə üzvlərini bir-bir işgəncə ilə qətlə yetirməsindən bəhs edir.

The Bunny Game (2012)

Çəkilməsinə az mailiyyə sərf olunan film yük avtomobili sürücüsünün təklifini qəbul edən fahişənin işgəncə ilə öldürülməsindən bəhs edir. Film şiddəti təbliğ etdiyinə görə BBFC tərəfindən qadağan edilib.


Xəbərə aid fotolar