Sığorta fəaliyyəti haqqında qanuna əlavələr ediləcək


Digərləri 24 Apr 2018 12:37:00 249 0

Sığorta fəaliyyəti haqqında qanuna əlavələr ediləcək

“Sığorta fəaliyyəti haqqında” qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Administrasiyasında görüş keçirilib.

Bakı. “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Administrasiyasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Prezident Administrasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Meqa Sığorta” Şirkətinin nümayəndələri iştirak edib. “Sığorta fəaliyyəti haqqında” qanuna “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi görüşdə geniş müzakirə edilib. Sığortaçının maliyyə vəziyyətinin bərpası və sağlamlaşdırılmasını nəzərdə tutan layihə barədə tərəflər öz mövqelərini bildirib və müəyyən maddələrlə bağlı dəyişiklik təklif edilib.