"İtkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür" FOTO


Digərləri 24 Apr 2018 12:27:20 312 0

"İtkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür"  FOTO

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır:

"XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonlarında da erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti davam edib, nəticədə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal edilib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Baş prokurorluq, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi və ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları ilə bağlı 600-dan çox cinayət işi başlanıb, müxtəlif istintaq tədbirləri aparılıb".

Erməni terrorunun 100 ildən artıq yaşı olduğunu deyən E.Səmədovun sözlərinə görə, ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkə və şəhərlərdə türkiyəli diplomatlar qətlə yetirilib.


Xəbərə aid fotolar