Sobhani: "Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək"


Dünya 24 Apr 2018 12:09:58 312 0

Sobhani: "Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək"

Ermənistan baş naziri Serj Sarkisyanın istefası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə "Caspian Group Holdings"in (ABŞ) baş direktoru Rob Sobhani deyib.

O bildirib: "Ümid edirəm ki, S.Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək, çünki bu problemin həlli Ermənistan və onun qonşuları, Azərbaycan və Türkiyə arasında ticarət üçün qapıları açacaq. Münaqişənin həlli nəticəsində yaranacaq sabitlik Ermənistan xalqına uzunmüddətli iqtisadi səmərə gətirəcək. Bu, onu ifadə edir ki, xalq münaqişənin həlli üçün öz liderlərinə təzyiq göstərəcək".

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədrləri də bu tarixi məqamdan istifadə edərək Ermənistan tərəfini münaqişənin dinc yolla həllinə yönləndirməlidir və Ermənistan xalqını münaqişənin həllinin onlara səmərə verəcəyinə inandırmalıdır:

"Əgər Ermənistan xalqı öz liderlərindən Azərbaycanla sülh bağlamağı tələb etsə, mən əminəm ki, biz Ermənistan hökumətindən konstruktiv yanaşmanın şahidi olacağıq".