Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı


Digərləri 24 Apr 2018 12:10:25 300 0

Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı

Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlara verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.