Bitkoinin qiyməti 9 min dolları keçdi


Dünya 24 Apr 2018 12:16:00 246 0

Bitkoinin qiyməti 9 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub.

Son.az report-a istinadən xəbər verir ki, onun qiyməti 4,4% artaraq 9 253 dollara  çatıb. 

Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib. 

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib.