Bank of Baku-dan Bolkartlılara Cümhuriyyətin 100 illiyinə özəl 100% HƏDİYYƏLİ KAMPANİYA!


Digərləri 24 Apr 2018 12:19:17 255 0

Bank of Baku-dan Bolkartlılara Cümhuriyyətin 100 illiyinə özəl 100% HƏDİYYƏLİ KAMPANİYA!

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində, ölkənin aparıcı bankı Bank of Baku, Bolkart müştəriləri üçün yeni kampaniyaya start verir.

Bakı. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində, ölkənin aparıcı bankı Bank of Baku, Bolkart müştəriləri üçün yeni kampaniyaya start verir. Bankdan Trend-ə verilən məlumata görə, “hər ay 100 AZN-lik alış-veriş edən Bolkartlıya, 100 AZN HƏDİYYƏ” şüarı ilə elan edilmiş kampaniyadan Bolkart kredit kart sahibləri faydalana bilərlər. Belə ki, Bolkart kredit kart sahibləri market, gözəllik salonu, şirniyyat, yanacaq doldurma, parfümeriya və kosmetika mağazalarında hər ay ən azı 100 AZN məbləğində etdikləri alış-verişə görə, 12 ayın sonunda 100 AZN ekvivalentində BAL qazanacaqlar. Qeyd edək ki, qazanılmış BAL-lardan istifadə edərək pulsuz alış-veriş etmək mümkündür. 1 BAL = 1 AZN dəyərindədir. Kampaniya çərçivəsində qazanılan 100 BAL-la, kart sahibi 100 AZN dəyərində alış-veriş edə bilər. Kampaniya 01.04.18 – 01.04.19 tarixlərini əhatə edir.