Məşhur qapıçı karyerasını bitirdi


İdman 24 Apr 2018 11:57:00 249 0

Məşhur qapıçı karyerasını bitirdi

Braziliya millisinin sabiq qolkiperi Julio Sezar karyerası ilə bağlı önəmli qərar verib.

Goal.az xəbər verir ki, 38 yaşlı "çərçivə qoruyucusu" karyerasını başa vurub. Sezar yetirməsi olduğu Braziliyanın Flamengo klubunda son matçını keçirib.

Qeyd edək ki, Julio Sezar 2005-ci ildə Flamenqo'dan ayrılaraq İtaliyanın Chievo klubuna, daha sonra isə İnter'ə transfer olmuşdu. Təcrübəli əlcək sahibi karyerasının ən gözəl dövrünü məhz Milan təmsilçisində keçirib. Sezar KPR, Toronto və Benfica'da da çıxış edib.