Röya: “Aygünün zəhmətini alçaldan...”


Şou-biznes 24 Apr 2018 11:49:00 257 0

Röya: “Aygünün zəhmətini alçaldan...”

Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovaya söz atması barədə yazılan xəbərlərə reaksiya verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Xəzər maqazin"ə açıqlamasında Kazımovaya sataşmadığını bildirib:

"Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam. Mənim adımdan başqasını zəhmətini alçaldan, guya atmaca atdığımı deyənlər cavab verin". 

Qeyd edək ki,  Kazımova son günlər müsahibələrində "Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur" sözləri müzakirələrə səbəb olub.