"Rol olmayanda gicgic statuslar yazıram"


Kriminal 24 Apr 2018 11:40:00 227 0

"Rol olmayanda gicgic statuslar yazıram"

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev yaşlı sənətkarların səhnədən kənarda darıxdıqlarını deyib.

Son.az xəbər verir ki, dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsərindəki Məşədi İbadı xatırlayan aktyor Yenicag.az-a açıqlamasında dövrün dəyişdiyini bildirib:

"O dövrdə hamı 50 yaşlı Məşədi İbadı qoca kişi hesab edilirdi və onun evlənməsinə qarşı çıxırdı, bunu ayıb iş kimi baxırdılar. Amma indi dövr dəyişib. 50 yaş qoca sayılmır. Baxırsan, 70 yaşı var, özündən 30 yaş cavan qızla evlənib. O gün Rusiya kanallarına baxırdım, gördüm 69 yaşlı bir məşhur 3-cü dəfə özündən kiçik xanımla evlənir. Mən heç buna pis də baxmıram. İnsan əgər həyat yoldaşı yoxdursa, evlənməlidir. Xüsusən də sənət adamının həyat yoldaşı olmalıdır ki, ona diqqət ayırsın, qulluğunda dursun, o da səhnədə gözəl obrazlar yaratsın.