"Kapital Bank"ın endirim kampaniyasının baş çatmasına 6 gün qalıb


İqtisadiyyat 24 Apr 2018 11:11:10 310 0

"Kapital Bank"ın endirim kampaniyasının baş çatmasına 6 gün qalıb

Aksiya aprelin 30-dək keçirilir

Xəbər verdiyimiz kimi “Kapital Bank” ASC kredit üçün ilk dəfə müraciət edən müştərilərə güzəştli kredit aksiyası təqdim edir.

“Report” xəbər veirr ki, aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim və pulsuz “BirKart” təqdim edilir.

Həmçinin nağdlaşma komissiyası 0% təşkil edir. 8 500 manatadək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya aprelin 30-dək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 min manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü “Kapital Bank”dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.