İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib


Digərləri 24 Apr 2018 11:02:00 190 0

İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edir.

Bakı. İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzulardan birini əhatə etməlidir: - Yeni dövrün iqtisadi çağırışları. İqtisadi islahatlar; - “Made in Azerbaijan” brendinin təbliği; - Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı; Müsabiqədə hazırda orta ixtisas, bakalavr, magistratura və doktorantura təhsil pilləsində oxuyan şəxslər iştirak edə bilərlər.