Rusiya Dövlət Duması ABŞ sanksiyalarının icrasına görə cəza tətbiq etməyi düşünür


Dünya 24 Apr 2018 10:51:40 242 0

Rusiya Dövlət Duması ABŞ sanksiyalarının icrasına görə cəza tətbiq etməyi düşünür

Cinayət cəzası yalnız fiziki şəxslərə verilə bilər, hüquqi şəxslər üçün isə cərimələr tətbiq olunacaq

Ruisya Dövlət Duması ölkə ərazisində ABŞ sanksiyalarının icrasınagörə cinayət məsuliyyəti haqqında qanun layihəsi hazırlayacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Vahid Rusiya" fraksiyasının rəhbərinin birinci müavini Andrey İsayev bildirib.

Onun sözlərinə görə, cinayət cəzası yalnız fiziki şəxslərə verilə bilər, hüquqi şəxslər üçün isə cərimələr tətbiq olunacaq.

O əlavə edib ki, qanun layihəsi yaz sessiyasında qəbul edilə bilər.