Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı


Digərləri 24 Apr 2018 10:41:00 237 0

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

24 aprel saat 09:45-dək olan məlumata əsasən, 70743 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.