Sumqayıtda 31 yaşlı kişi qətlə yetirildi


Digərləri 24 Apr 2018 10:46:00 190 0

Sumqayıtda 31 yaşlı kişi qətlə yetirildi

Sumqayıtda qətl törədilib.

Son.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sücaət Əhməd oğlu Əsgərov "Nissan" markalı avtomobilində yaralı vəziyyətdə aşkar edilib. Təcilli olaraq xəstəxanaya çatdırılan S. Əsgərov orada dünyasını dəyişib.

S. Əsgərovun kimin tərəfindən bıçaqlanması hələlik məlum deyil.