Yarımfinal matçı zamanı azarkeşlər meydana hücum çəkdi - video


İdman 24 Apr 2018 10:35:00 351 0

Yarımfinal matçı zamanı azarkeşlər meydana hücum çəkdi - video

Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

Goal.az-ın məlumatına görə, Free State Stars'ı qəbul edən Kaizer Chiefs'in 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib. Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundan qorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər. Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb.

Oyundan sonra Kaizer Chiefs'in baş məşqçisi Stiv Kompela istefa verib. report