Çempionlar Liqası: Liverpool Roma'nı qəbul edir


İdman 24 Apr 2018 10:00:00 273 0

Çempionlar Liqası: Liverpool Roma'nı qəbul edir

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə İngiltərə Liverpool'u klubu doğma azarkeşlər önündə İtaliya Roma'sı ilə qarşılaşacaq. Hazırda Liverpool'da çıxış edən Məhəmməd Salah 2015 - 2017-ci illərdə Roma'nın formasını geyinib. 

Liverpool 1984-cü il Çempionlar Kubokunun finalında Roma'nı əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə yenib. Həmin görüşdən sonra Roma ilk dəfədir yarımfnalda iştirak etmək hüququ qazanır.

Liverpool 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Joel Matip, Emre Can, Adam Lallana, Nataniel Klayn zədə səbəbindən matçı buiraxacaq. Roma'da isə iki zədəli var: Rik Karsdorf və Qrequar Defrel.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. Liverpool (İngiltərə) – Roma (İtaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

Yarımfinal mərhələsinin digər qarşılaşması sabah keçiriləcək. Almaniyanın Bayern Muncih klubu evdə İspaniyanın Real Madrid komandasını qəbul edəcək.