Hüseyn Abdullayev vəkili ilə görüşdü


Digərləri 24 Apr 2018 09:22:00 202 0

Hüseyn Abdullayev vəkili ilə görüşdü

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb.

Bakı. Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb. Bu barədə Trend-ə H.Abdullayevin vəkili məlumat verib. Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: "Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək".