Azərbaycanla Gürcüstan arasında teatrmübadiləsi olacaq FOTO


Digərləri 24 Apr 2018 08:53:00 247 0

Azərbaycanla Gürcüstan arasında teatrmübadiləsi olacaq  FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, aktyor silsilə yubiley tədbirləri ilə yanaşı teatra həsr edilmiş bir sıra dəyirmi masa və görüşlərdə də iştirak edib.

İlham Əsədov Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının Direktoru Varlam Nikoladze ilə görüşləri zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı geniş miqyaslı layihələr, 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatı diqqətə çatdırıb. Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Azərbaycan dostları" otağının rəhbəri Leyla Əmrahova, "Aktiv qadınlar" assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə baş tutan görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlərini bölüşüb.


Xəbərə aid fotolar