Britaniya hökuməti: Skripal olayından sonra rusiyalı botlar fəallaşıb


Digərləri 24 Apr 2018 08:59:00 228 0

Britaniya hökuməti: Skripal olayından sonra rusiyalı botlar fəallaşıb

"Rusiya keçmiş kəşfiyyatçı Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsindən sonra sosial şəbəkələrdə dezinformasiya yaymaq üçün trollar və botlardan istifadə edib".

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında bildirilir.

Hökumətdəki mənbələr deyiblər ki, hadisədən sonra ekspertlər "Twitter"də əksəriyyəti avtomatlaşdırılmış botlar olan Rusiya ilə əlaqəli səhifələr vasitəsilə yayılan təbliğatın 4 min faiz artmasını qeydə alıblar. Məsələn botlardan biri (@Ian56789) aprelin 7-dən sonrakı 12 gün ərzində gündə 100 "tvit" yazıb və onun auditoriyası səhifə bağlanana qədər 23 milyon nəfər təşkil edib. Bu bot #falseflag həştəqi ilə yazırmış ki, Suriyanın Duma şəhərindəki kimyəvi silah hücumu saxtadır.