ATƏTdə jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə yeni qrup yaradılıb


Dünya 24 Apr 2018 08:43:00 244 0

ATƏTdə jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə yeni qrup yaradılıb

ATƏT-in 15 üzv ölkəsi Vyanada yeni "dostlar qrupu" təşkil ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, yeni "dostlar qrupunun" fəaliyyətinin əsasını jurnalistlərin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər təşkil edəcək.

Litvanın ATƏT-dəki nümayəndəliyinin "Twitter"də paylaşdığı bəyanatında deyilir: "ATƏT-in 15 üzv ölkəsi Vyanada Fransa, Litva və İsveçin təşəbbüsü ilə jurnalistlərin təhlükəsizliyi üzrə dostlar qrupu təşkil ediblər. ATƏT-in regionunda jurnalistlərin üzləşdikləri təhlükələr artır. Biz səylərimizi birləşdirməliyik".