ABŞ Nigerdə yeni hərbi baza tikir


Dünya 24 Apr 2018 08:33:00 286 0

ABŞ Nigerdə yeni hərbi baza tikir

ABŞ Niger hökümətinin sifarişi ilə ölkənin şimalında yeni hərbi baza tikir.

Son.az Trend-ə istinadən bildirir ki, hərbi bazada qırıcı təyyarələr və pilotsuz uçuş aparatları yerləşdiriləcək.

Bildirilir ki, "Niger Air Base 201" adlı hərbi baza gələn ilin əvvəlində fəaliyyət göstərməyə başlayacaq. Pilotsuz uçuş aparatları zərbələr endirmə və izləmə üçün vasitələr ilə təchiz olunacaq. Pilotsuz uçuş aparatları Əl-Qaidə və İŞİD terror təşkilatlarına qoşulmuş qruplaşmalara və "Boko Haram" terror qruplaşmasına qarşı istifadə olunacaq.