İctimai WiFi ilə “iPhone”dan şəxsi məlumatlar oğurlana bilər


Digərləri 24 Apr 2018 08:05:00 233 0

İctimai WiFi  ilə “iPhone”dan şəxsi məlumatlar oğurlana bilər

"Symantec" şirkətinin araşdırmaçıları "iPhone"da zəiflik aşkar ediblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, Wi-Fi (iTunes Wi-Fi sync) ilə sinxronlaşdırma texnologiyası vasitəsilə "Apple" cihazına asanlıqla qoşulma mümkündür.

Mütəxəssislərin məlumatına görə, cinayətkarlar şəbəkəyə qoşulmaq üçün yaradılmış açarları ələ keçirə bilərlər. Müdafiəni yarıb keçmiş hakerlər o zaman şəxsi məlumatlara çıxış əldə edə və asanlıqla smartfonu kənardan idarə edə biləcəklər.