Yeni, təhlükəli virus yayılıb
Digərləri 24 Apr 2018 07:22:00 254 0
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur "Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, milyonlarla mobil proqram istifadəçilərin fərdi məlumatlarını təhlükə altına qoyur. Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlər "Android" sistemi üçün bir neçə populyar proqramı araşdıraraq müəyyən ediblər ki, onlardan bəziləri HTTP protokolu vasitəsilə istifadəçilərin şifrlənməmiş məlumatlarını ötürürlər. Bu, o deməkdir ki, serverə ötürülmə zamanı məlumatlar qorunmur, şifrləmə olmadığına görə hər bir kəs məlumatları ələ keçirə bilər. Məsələn, hakerlər təhlükəsiz olmayan "Wi-Fi" və ya virusa yoluxdurulmuş ev routeri vasitəsilə bunu edə bilərlər. Proqramçıların hazır kənar reklam SDK-dən (proqram təminatının hazırlanması üçün alətlər) istifadə etməsi təhlükə yaradır. Araşdırılmış proqramların ümumi quraşdırma sayı bir neçə milyard təşkil edir və SDK-dən istifadə edən proqramların sayı isə bir neçə milyona yaxındır.
Mənbə: milli.az