Kanadada maşını piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücü Ermənistan vətəndaşı olub


Dünya 24 Apr 2018 07:06:18 234 0

Kanadada maşını piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücü Ermənistan vətəndaşı olub

Alek Minassyan saxlanılarkən polisə silahlı müqavimət göstərib

Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır.

Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.

Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermirlər.

"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.

Furqonun Yanq və Finç küçələrinin kəsişməsində insanların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, daha 15-i isə yaralanıb.