Çində barda yanğın nəticəsində 18 nəfər ölüb


Dünya 24 Apr 2018 05:13:30 234 0

Çində barda yanğın nəticəsində 18 nəfər ölüb

Həmçinin daha 5 nəfər yaralanıb

Çinin Sinyuan şəhərində (Quandun əyaləti) karaoke-barlardan birində baş vermiş yanğın nəticəsində azı 18 nəfər ölüb, daha 5 nəfər yanıq xəsarəti və travma alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Sina" portalı məlumat yayıb.

Hadisə gecə baş verib və yanğın indilərdə söndürülüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara göndərilib, ərazidə polis işləyir.

Yanğının səbəbləri müəyyən edilir, araşdırma gedir.