Dəməşqin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, 14-ü yaralanıb


Dünya 24 Apr 2018 02:39:45 264 0

Dəməşqin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, 14-ü yaralanıb

Hələb, Latakiya, Hama, Homs, Dəməşq və Deraa əyalətlərində atəşkəsin pozulması halları qeydə alınıb

Bazar günü Dəməşqin cənub məhəllələrinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 2 dinc sakin ölüb, 14 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

O bildirib ki, Suriyada hərbi əməliyyatların dayandırılması barədə atəşkəs rejimi tətbiq olunmasına baxmayaraq, Hələb, Latakiya, Hama, Homs, Dəməşq və Deraa əyalətlərində atəşkəsin pozulması halları qeydə alınıb.