Yəməndə toy mərasiminin bombalanması nəticəsində azı 50 dinc sakin ölüb


Dünya 24 Apr 2018 01:58:07 253 0

Yəməndə toy mərasiminin bombalanması nəticəsində azı 50 dinc sakin ölüb

Ölənlərin arasında uşaqlar da var

BMT-nin baş katibi Antoniu Quterriş bazar ertəsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının ən azı 50 dinc sakinin ölümü ilə nəticələnən hava zərbələrini pisləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, baş katib bu hadisələri təcili və səmərəli şəkildə araşdırmağa çağırıb.

"Baş katib Haccada toy mərasiminə və Taizdə mülki şəxslərin olduğu minik maşınına endirilən aviazərbələri qətiyyətlə pisləyir. Daxil olan məlumatlara görə, hava zərbələri nəticəsində uşaqlar da daxil olmaqla azı 50 nəfər ölüb və onlarla insan yaralanıb", - deyə məlumatda bildirilir.