Azərbaycanla Gürcüstan arasında teatr sahəsində qarşılıqlı yaradıcılıq mübadiləsi müzakirə edilib (FOTO)


Digərləri 24 Apr 2018 00:25:00 217 0

Azərbaycanla Gürcüstan arasında teatr sahəsində qarşılıqlı yaradıcılıq mübadiləsi müzakirə edilib (FOTO)

Azərbaycan aktyoru Gürcüstanda dəyirmi masa və görüşlərdə iştirak edib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib. Teatrdan Trend-ə verilən məlumata görə, aktyor silsilə yubiley tədbirləri ilə yanaşı teatra həsr edilmiş bir sıra dəyirmi masa və görüşlərdə də iştirak edib.