Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb


Dünya 24 Apr 2018 00:46:33 218 0

Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb

Hadisə Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında baş verib

Pakistanda yol qəzası nəticəsində sərhəd korpusunun ən azı 4 hərbçisi ölüb, 51-i yaralanıb.

“Report” xəbər verir ki, hərbçiləri daşıyan yük maşını Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında aşıb.

Yaralılar rayon hospitalına yerləşdirilib. Onlardan bəziləri vertolyotlar vasitəsi ilə əyalətin paytaxtı Kvettu şəhərinə aparılıb.