Günün qoroskopu: birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir


Digərləri 24 Apr 2018 00:01:00 257 0

Günün qoroskopu: birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - işləri yarımçıq qoymayın. Situasiyanın təfərrüatlarını aydınlaşdırın. Rəqibləri geridə qoymaq üçün sürətli, çevik və qıvraq olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz.

Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Diqqətli olun. Fikriniz ikinci dərəcəli məqamlara dağılmasın. Şübhələr fəaliyyətinizə dağıdıcı təsir etməməlidir.

Axşam saatlarını yaxınlarınıza həsr edin. Növbəti səddi dəf etməyə hazırlaşın.   

Buğa - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız.

Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.

Kənardan təzyiqlərə boyun əyməyin.  

Əkizlər - mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin. Aktivlik əhvalınızdan asılıdır.

Ümumi fon əlverişli təsir bağışlasa da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın.

Günün ikinci yarısında yanlışlığa yol verməmək üçün hadisələrin zahiri təzahür formalarına aldanaraq məzmunu diqqətdən qaçırmayın. Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar atmayın.

Tərəfdaşlarla birgə fəaliyyətin yeni nüanslarını gündəmə gətirin.  

Xərçəng - günün ilk yarısından etibarən fəaliyyət rejimi vəziyyətdən asılıdır. Formalaşan şəraitin nüanslarını nəzərdən qaçırmayın. Yeni təəssüratlara, maraqlı ünsiyyətə, variantların müqayisəsinə ehtiyac duyulur. Başqalarının işlərinin və problemlərinin müzakirəsinə qatılmayın.

Günün ikinci yarısında bilavasitə səlahiyyət dairənizdəki işlərlə məşğul olun. Sirr təsiri bağışlayan məqam sizi maraqlandıra bilər. Gərəksiz informasiyalar, uyğunsuz təklifləri özünüzdən uzaqlaşdırın. İnformasiya zibili, gerçəkdən də, qiymətli məlumatların əldə olunması istiqamətində problemlər yarada bilər.

Şayiələrə aldanmayın. Dedi-qodu daşıyıcısına çevrilməyin.   

Şir - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır.

Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.

Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.   

Qız - istənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz.

Başqalarının mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.

Günün ikinci yarısında başlamaq istədiyiniz yeni layihə yeknəsəklik içində itib-bata bilər. Sonucsuz müzakirələrə və boğazdan yuxarı etirafların səsləndiyi söhbətlərə qatılmayın.

Sonu görünməyən danışıqlardan qurtulmaq üçün durumu dəyişin.